Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalovun Ermənistana səfəri diqqət çəkib.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, o, İrəvana səfəri ilə bağlı təəssüratlarını şəxsi Yutub kanalında yayımladığı videoda bölüşüb.
Turab Zeynalov bildirib ki, tanışları ilə birlikdə dostlarının toyunda iştirak etmək üçün Ermənistana yollanıb. Əslən azərbaycanlı olduğuna görə ölkəyə giriş zamanı problemlə qarşılaşacağından ehtiyat etdiyini də gizlətməyib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində təxminən üç saat gözlədilib və ona Azərbaycana son səfəri ilə bağlı suallar verildikdən sonra ölkəyə girişinə icazə verilib.
Zeynalov İrəvanda şəhərin müxtəlif ərazilərini gəzdiyini və paytaxtın bəzi xüsusiyyətlərinə görə Bakıya bənzədiyini düşündüyünü deyib.
