Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

 Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.

Asayis.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.

Qeyd edək ki, İslam Rzayev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və barəsində cinayət işi başlanıb.

Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir.

11:40 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin