Biləsuvar şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli çay evinin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirir ki, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.