2027-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının 1288,3 manat olacağı proqnozlaşdırılır.
Asayis.az xəbər verir ki, bu göstərici Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda əksini tapıb.
Proqnoza əsasən, ölkə üzrə orta aylıq əmək haqqının 8,7 faiz artacağı gözlənilir.
Bu göstərici gələn ilin gəlir vergisi daxilolmalarının hesablanmasında da nəzərə alınıb. Fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalarının 29 faiz artaraq 3 milyard 70 milyon manata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 1288,3 manat ölkə üzrə orta aylıq əmək haqqı proqnozudur və hər bir işçinin maaşının bu məbləğə yüksəlməsi demək deyil.
