Azərbaycanda dəfn pulu artırılır - Yeni məbləğlər

 Azərbaycanda dəfn pulu artırılır - Yeni məbləğlər

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bir nəfər pensiyaçıya ödəniləcək dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata qaldırılması proqnozlaşdırılır.

Sığortaolunanlar üçün bir nəfərə düşən dəfn pulunun orta məbləğinin isə 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur.

11:20 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin