Şəmkirdə 31 yaşlı qadın itkin düşüb - FOTO

 Şəmkirdə 31 yaşlı qadın itkin düşüb - FOTO

Şəmkirdə 31 yaşlı qadın itkin düşüb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1991-ci il təvəllüdlü Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur, qara, uzun saçları var. Evdən çıxarkən onun əynində qara rəngli kofta, göy rəngli cins şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

12:50 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin