Bu əməliyyatlar icbari tibbi sığortaya daxil edilsin – Təklif

 Bu əməliyyatlar icbari tibbi sığortaya daxil edilsin – Təklif

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, Azərbaycanda milli kök hüceyrə reyestri yaradılmalıdır:

“Böyrək transplantasiyasını gözləyən xəstələrin hemodializ, peritoneal dializ və genetik analiz xidmətlərindən yararlana bilməsi üçün müvafiq xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməlidir. Nazirlər Kabineti tərəfindən əsasnaməsi təsdiq edilmiş vahid informasiya sisteminin formalaşdırılması, eləcə də ən azı 10 min nəfər üzrə beş lokuslu HLA analizlərinin aparılması xidmətlərinin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi vacibdir”.

O vurğulayıb ki, bunun əsas məqsədi Azərbaycan vətəndaşlarının transplantasiya əməliyyatları üçün xaricə getməsinin qarşısını almaq, eyni zamanda, xarici ölkələrin vətəndaşlarına donor dəstəyi göstərmək və onların müalicə üçün Azərbaycana gəlməsinə şərait yaratmaqdır.

10:40 - 31 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin