Vasif Talıbov Bakıya gəlib - Yeni qərarlar gözlənilir

 Vasif Talıbov Bakıya gəlib - Yeni qərarlar gözlənilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.

Asayis.Az-ın məlumatına görə, bu barədə ”azpolitika”ya MR-dəki etibarlı mənbə xəbər verib.

V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla əlaqədar qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.

Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan ediləcəyi gözlənilir.

10:19 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin