Gəncədə dəm qazından boğulma faktı qeydə alınıb.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Rüstəmova Ramilə Əflatun qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.