"Yeşilçam"ın məşhur aktrisası vəfat etdi

"Yeşilçam"ın unudulmaz aktrisası Hayal Sirer vəfat edib.

Asayis.Az xəbər verir ki, 77 yaşlı aktrisa uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi.

Sirer "Kadırgalı Ali", "İkisi de Zımba", "Çirkin ve Cesur", "Kralların Kaderi", "Herkesin Sevgilisi", "Kalbimin Efendisi" kimi bir çox filmlərdə rol alıb.

Qeyd edək ki, film çəkilişləri üçün Antalyaya gedən Sirer şəhəri çox bəyənib və ev aldıqdan sonra Antalyada yaşamağa başlayıb.

17:14 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin