Sabah Bakının bu yolları bağlanacaq

 Sabah Bakının bu yolları bağlanacaq

Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bundan əlavə, Koroğlu Rəhimov və Təbriz küçələrinin qovşağında yolun hərəkət hissəsinin genişləndirilməsi üçün ayırıcı zolağın sökülməsi işlərinə start veriləcək.

"Aparılacaq təmir işləri səbəbindən həmin ərazilərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ marşrutlardan yararlanmaları, yolda diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilir", - AAYDA qeyd edib.

20:22 - 28 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin