“Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi”

 “Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi”

Blogger-jurnalist Xədicə İsmayıl səs-küylü açıqlama ilə çıxış edib.

“Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir.

600 min insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”, - X.İsmayıl qeyd edib.

Jurnalistin sözlərinə görə, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib.

İsmayılova vurğulayıb ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur:

“Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.

15:14 - 23 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin