Yol polisinə “nazir qohumuyam” dedi, həbs olundu

 Yol polisinə “nazir qohumuyam” dedi, həbs olundu

Bakının  Neftçilər prospektində yol polisin qanuni tələbinə tabe olmayaraq xuliqanlıq əməlləri törədən 1998-ci il təvəllüdlü sürücü A.R (şərti) məsuliyyətə cəlb olunub.

Hadisə “CresentMall” ticarət mərkəzinin yaxınlığında baş verib.

Yol hərəkət qaydalarının pozulması halının araşdırılmasına şərait yaratmayan şəxs,  xidməti vəzifəsini icra edən polis əməkdaşlarına nazir qohumu olduğunu deyərək tabesizlik göstərib.

Sürücü bu əməlinə görə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

16:35 - 28 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin