Horadiz-Ağbənd dəmir yolu xəttində işlər 40%-dən çox icra edilib

 Horadiz-Ağbənd dəmir yolu xəttində işlər 40%-dən çox icra edilib

“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttində işləri 40%-dən çox icra edib.

Asayis.AZ report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

“Xəttin keçdiyi ərazidə minatəmizləmə işləri, demək olar ki, tamamlanıb. Hazırda təmas və mühafizə zolaqlarının minalardan təmizlənməsi prosesi gedir. Tikinti işlərində proqres 40%-dən artıqdır”, - deyə o qeyd edib.

14:24 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin