Bakıda yüksək vəzifələrdə çalışmış məmur qəfil öldü - FOTO

 Bakıda yüksək vəzifələrdə çalışmış məmur qəfil öldü - FOTO

Gənclər və İdman Nazirliyində bir sıra vəzifələrdə çalışmış Qiyas Nəcəfov vəfat edib.

Asayis.Az “Qafqazinfo”ya istinadın xəbər verir ki, bu barədə nazirliyin idarə rəisi Nəcəf Nəcəfov məlumat verib. O bildirib ki, Respublika Bədən Tərbiyəsi Mərkəzinin və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmış Q.Nəcəfov qəfil dünyasını dəyişib.

42 yaşlı məmurun ürəktutmadan vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Qiyas Nəcəfovun son iş yeri 8 saylı Uşaq - Gənclər İdman Məktəbində direktor vəzifəsi olub.

11:15 - 12 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin