Bakıda yeniyetmə qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb

 Bakıda yeniyetmə qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Asayis.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.

Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

13:15 - 11 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin