Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

 Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub.

Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib.

Xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

15:58 - 17 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin