Biləsuvarda ağır qəza: ölü və yaralılar var

 Biləsuvarda ağır qəza: ölü və yaralılar var

Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib.

Asayis.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayondan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

16:48 - 11 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin