Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
