İsmayıllıda ev və köməkçi tikili yandı

 İsmayıllıda ev və köməkçi tikili yandı

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb.

Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkçi tikilinin isə 50 kvadratmetr sahəsi yanğına məruz qalıb. Yanğın zamanı evin qalan hissəsi və köməkçi tikilinin digər sahələri mühafizə olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Yanğının başvermə səbəbi dəqiqləşdirilir.

12:56 - 10 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin