FHN-dən ultramarafonla bağlı məlumat... - Foto

 FHN-dən ultramarafonla bağlı məlumat... - Foto

FHN ultramarafonun keçirildiyi ərazilərdə təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirib.

Asayis.az xəbər verir ki, 7–11 oktyabr 2026-cı il tarixlərində Qəbələ–Xankəndi istiqamətində 192 km məsafəni əhatə edən ultramarafon keçirilib.

Tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə marşrut boyunca Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvə və texnikası ərazilərə cəlb olunub.

Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib.

18:30 - 11 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin