Lənkərana 5 dəqiqə dolu düşdü - Foto

 Lənkərana 5 dəqiqə dolu düşdü - Foto

Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.

Asayis.az xəbər verir ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.

10:24 - 10 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin