Masazırda 4 maşın yandı

 Masazırda 4 maşın yandı

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

09:18 - 10 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin