Şəkidə maşın yandı: xəsarət alan var

 Şəkidə maşın yandı: xəsarət alan var

Şəki rayonunda minik avtomobili yanıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus QAZ-24 markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.

Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

16:26 - 9 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin