Orta aylıq əmək haqqı 7,2% artdı

 Orta aylıq əmək haqqı 7,2% artdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı məbləği 1 173 manat təşkil edib.

Asayis.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.

11:32 - 9 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin