Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının, (ərlərinin) və övladlarının əmək haqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəşti veriləcək.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.