İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi İmişlidə yeni layihələr icra edir

 İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi İmişlidə yeni layihələr icra edir


İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri İlkin Əhmədov və sədr müavini Fidan İsgəndər İmişli rayonuna səfər ediblər.

Asayiş.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar İctimai Birliyin nəzdində fəaliyyət göstərən Zəfər Yolu Təlim Mərkəzində olub, burada təşkil olunan təlimlərin gedişatı ilə yaxından tanış olublar.

Görüş zamanı təlim iştirakçılarının inkişafı, onların bilik və bacarıqlarının artırılması, eləcə də gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Təlim prosesinin səmərəliliyinin artırılması, iştirakçıların potensialının üzə çıxarılması və onların inkişafına dəstək istiqamətləri diqqət mərkəzində olub.

İctimai Birliyin sədr müavini Fidan İsgəndərova çıxışı zamanı təşkilatın gələcək layihələri və həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. O, bu layihələrin təhsil, fərdi inkişaf və sosial təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Səfərin əsas məqsədi İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən regionlarda həyata keçirilən layihələrin icrası ilə tanış olmaq, yerli əhalinin inkişaf ehtiyaclarını dəyərləndirmək və gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək olub.

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi İctimai Birliyi fəaliyyətini iqtisadi və sosial inkişafın dəstəklənməsi, insan potensialının gücləndirilməsi və maarifləndirici təşəbbüslərin təşviqi istiqamətində davam etdirir.

11:54 - 8 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin