DYP-dən bu sürücülərə müraciət - 40 manat cərimə oluna bilərsiniz - FOTO

 DYP-dən bu sürücülərə müraciət - 40 manat cərimə oluna bilərsiniz - FOTO

Demək olar ki, hər il Bakı şəhər Dövlət Yol Polisi İdarəsi olaraq hərəkət iştirakçılarının avtomobil yollarına, küçələrə məişət tullantıları atmasına dair müraciətlər ünvanlayırıq, lakin vəziyyətin ürək açan olmadığını, əksinə vəziyyətin daha da pisləşdiyinin şahidi oluruq. Təəssüf ki, küçələrdə rastlaşdığımız həmin xoşagəlməz mənzərə fərd olaraq tək bir insanı yox, düşünən hər bir kəsi narahat edir.

Paytaxtın əsas küçə və prospektlərində, eləcə də yol kənarlarında atılan zibillər həm şəhərin görünüşünü pozur, həm antisanitar vəziyyət yaradır, həm də aidiyyəti üzrə Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşlarının işini birə-beş daha da artırır. Xüsusən də bu soyuq və küləkli havalarda düşünün ki, onlar hansı əziyyəti çəkir?!

Müasir dövrdə digər ölkələrdə olduğu kimi, bizim ölkədə də zibil qutuları məişət tullantılarının növlərinə müvafiq olaraq çeşidlənir, lakin təəssüf ki, bəzi insanlar bu qaydalara riayət etmədiyi üçün küçələrin əvəzinə zibil konteynerləri təmiz qalır…

Nəqliyyat vasitələri hərəkətdə olarkən sürücü və ya sərnişinlərin avtomobillərdən yola məişət tullantıları (su şüşələri, müxtəlif növ qablaşdırılmış qida qalıqları və s.) atması ilə bağlı qanunda müvafiq cərimələr nəzərdə tutub.

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı "Report"a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bu faktlarla bağlı qanunvericiliyin normaları çərçivəsində tərəfimizdən mübarizə aparılır.

13:42 - 9 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin