Tıxaclar bizə ildə 900 manata və 19 itirilmiş günə başa gəlir.
Bu barədə nəqliyyat eksperti Anar Əliyev öz sosial media hesabında məlumat verib. O qeyd edib ki, ABŞ-nin George Mason Universitetinin tədqiqatçısı Ramil Abbasov Bakıda tıxacda itirilən orta vaxtı və orta əməkhaqqını əsas götürərək bu hesablamanı aparıb.
“Hesablamaya görə, pik saatlarda avtomobillə hərəkət edən bir insan il ərzində tıxacda təxminən 153 saat, yəni 19 iş günü itirir.
Bu vaxtın iqtisadi dəyəri isə ildə təxminən 900 manatdır. Bu, bütün Bakı üçün yekun iqtisadi zərər deyil. Real itkiyə yanacaq sərfiyyatı, avtomobillərin istismarı və məhsuldarlığın azalması da daxildir.
Maraqlıdır ki, təxminən bir il əvvəl Bakıda tıxacların illik iqtisadi zərərinin 2 milyard manata yaxın ola biləcəyi ilə bağlı başqa bir hesablama da yayımlanmışdı. İndi işləyən əhalinin sayını nəzərə alaraq sadə hesablama aparanda da buna yaxın rəqəm alınır.
Bu gün iqtisadi aktivliyin azalmasından və iqtisadi geriləmədən danışırıq. Amma tıxacların yaratdığı vaxt və məhsuldarlıq itkisində axırıncı rol oynamır”.
