Qurban Məsimov Kukla Teatrına direktor gətirilir? - AÇIQLAMA

 Qurban Məsimov Kukla Teatrına direktor gətirilir? - AÇIQLAMA

Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub.

Asayis.Az xəbər verir ki, teatrdakı mənbədən Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir.

Məlumatda deyilir ki, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib.

O özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.

Mövzuyla bağlı Qurban Məsimovla əlaqə saxlanılıb. O bildirdi ki, dekabrın 8-nə kimi Tovuz rayonunda ezamiyyətdədir və hələ qayıtmayıb. Direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib.

Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını açıqlayıb.

13:12 - 9 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin