Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı - Video

 Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı - Video

Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi müfəttişləri tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fərdi sahibkar Ruslan Eldar oğlu Rüstəmova məxsus pendir sexində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə istismar olunan 1 ədəd buxar qazanının üzərində quraşdırılmış qoruyucu klapanın yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qazanının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

09:50 - 6 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin