Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
Asayis.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu, Liya Bayramovadır.
O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan "Dayanıqlılıq və inkişaf" proqramının müəllifi və aparıcısıdır.
L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-yə təyinat alıb.
