Azərbaycanda baş həkimi hədələyib pul istədilər

 Azərbaycanda baş həkimi hədələyib pul istədilər

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Ucar rayonunda baş verib.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etdiyini bildirib.

Daxil olan şikayət əsasında Ucar rayon polis şöbəsində araşdırma aparılır.

14:33 - 9 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin