Keçmiş arvadını uşaq bağçasında bıçaqladı

 Keçmiş arvadını uşaq bağçasında bıçaqladı

Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.

Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb.

Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

09:20 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin