İrandan Rusiyaya kivi daşıyan yük maşını aşıb - FOTO

 İrandan Rusiyaya kivi daşıyan yük maşını aşıb - FOTO

Masallıda yük avtomobili aşıb.

Qəza Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 155-ci km-də, Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, İrandan Rusiyaya kivi daşıyan Dağıstandan olan sürücü Maqomed Səmədovun idarə etdiyi “Volvo” markalı iritonnajlı yük avtomobili yoldan çıxaraq aşıb. 

Sürücünün dediyinə görə, yolun buz bağlaması avtomobilin sürüşməsinə səbəb olub və idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarına aşıb. Nəticədə avtomobilin kabinəsi qismən, yük hissəsi isə tam sıradan çıxıb, içində olan 20 ton kividən 2 tonu ziyana uğrayıb. 

Qəza zamanı sürücü xəsarət almayıb.


15:45 - 22 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin