Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İlqar Həşəm oğlu Əhmədov dron hücumları zamanı yaralanıb.
Asayis.az xəbər verir ki, bu barədə Report-a Ukrayna Milli Polisindən bildirilib.
Vurğulanıb ki, o, Kiyevin Vişneve rayonundan dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.
Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir. 1978-ci il təvəllüdlü Abbas Abbasov isə həlak olub.
