Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir.
Asayis.az Xəzər TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb.
Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərindən biri də qəsəbənin abadlaşdırılması işlərinə yerli sakinlərin cəlb olunmasıdır.
Qeyd edək ki, Bakı Abadlıq Xidməti 2020-ci ildən Əmircanda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirir. Bunlardan ən mühümü Bülbülə gölü ətrafında salınan bulvar layihəsidir.
İlkin mərhələdə gölün ətrafında bir kilometr uzunluğunda bulvarın salınması nəzərdə tutulub. Layihənin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
