Xəstəyə yardım üçün yola çıxdı, sükan arxasında öldü - Foto

 Xəstəyə yardım üçün yola çıxdı, sükan arxasında öldü - Foto

Sumqayıtdan Masazıra ağır vəziyyətdə olan xəstənin ünvanına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov həyatını itirib.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, sürücü həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra sükan arxasında vəfat edib.

Paylaşımlarda bildirilir ki, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, əvvəlcə briqadanı çağırış yerinə çatdırmaq istəyib.

Həkimlər xəstəyə yardım göstərib avtomobilə qayıdanda sürücünün həyatını itirdiyini görüblər. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.

09:44 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin