Yardımlıda 16 kq narkotik aşkarlandı: 3 nəfər həbs edildi

 Yardımlıda 16 kq narkotik aşkarlandı: 3 nəfər həbs edildi

Yardımlıda üç nəfərdə 16 kq narkotik vasitə aşkarlanıb

DİN-dən Asayis.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.

Tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V. Şahbazov, İ. Abışov və N. Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

12:58 - 26 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin