Bakıda ər arvadını öldürdü

 Bakıda ər arvadını öldürdü

Bakıda qətl hadisəsi olub.

Asayis.az lent.az-a istinadla xəbər ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib.

48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib.

Onun həyat yoldaşı tərəfindən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı öldürüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

12:10 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin