Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatı Report məhkəmədən əldə edib.
Bildirilib ki, o bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.