Şahin Hüseynli vəzifələrindən azad edildi - Foto

 Şahin Hüseynli vəzifələrindən azad edildi - Foto

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb.

Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yeni vəzifəyə də təyinat alıb. Məlumata görə, Ş.Hüseynli "Azərkosmos"da Yer səthinin müşahidəsi üzrə kommersiya həlləri şöbəsinin rəhbəri təyin olunub.

16:20 - 18 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin