Bu ərazidə asfaltlanma işlərinin ilk mərhələsi bitdi

 Bu ərazidə asfaltlanma işlərinin ilk mərhələsi bitdi

“Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində aparılan asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb.

Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, işlər Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa olunan yeni avtomobil yolu layihəsi çərçivəsində mərhələli şəkildə davam etdirilir.

01:00 - 17 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin