Su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - Foto

 Su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanıldı - Foto

Şəmkir su anbarında qanunsuz balıq ovunun qarşısı alınıb.

“Asayis.az” xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir XPM-nin keçirdiyi tədbirlərlə Tovuz rayon sakinləri Ceyhun Əliyev və Elşad Məmmədov saxlanılıb.

Su anbarında qanunsuz balıq ovlayarkən müəyyən edilərək saxlanılan şəxslərdən rezin qayıq, balıq ovlamaq üçün alətlər və 32 ədəd balıq aşkar edilərək götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

12:14 - 18 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin