Cəlilabadda 73 yaşlı qadın su quyusuna düşərək ölüb.
Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Məleykə Məmmədova evinin həyətində su quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
