Zaqatalada güllələnmiş kişi meyiti tapıldı

 Zaqatalada güllələnmiş kişi meyiti tapıldı

Zaqatalada güllə yarası almış kişi meyit tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin üzərində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır xəsarətlər olan meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

10:34 - 17 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin