ADY alternativ marşrutlar təklif edir

 ADY alternativ marşrutlar təklif edir

ADY Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək üçün alternativ marşrutlar təklif edir.

Asayis.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə:

- “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa və rahat çata;

- Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələrək, buradan eyniadlı metrostansiyasına keçid etməklə Yaşıl xətt üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər.

Hərəkət cədvəli saytımızda və ya "ADY Mobile" tətbiqində bir toxunuş qədər yaxındır.

16:16 - 17 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin