Tanınmış müğənninin qardaşına yüksək vəzifə verildi

 Tanınmış müğənninin qardaşına yüksək vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.

Asayis.az Nocomment.az-a istinadla xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinat baş tutub.

Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkim təyin edilib.

Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib. İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.

13:34 - 16 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin