“Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində aparılan asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb.
Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, işlər Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa olunan yeni avtomobil yolu layihəsi çərçivəsində mərhələli şəkildə davam etdirilir.
