Masallıda intihar hadisəsi olub.
Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
18 yaşlı Hüseynova Ruqayə Rəşid qızı yaşadığı beşmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından özünü ataraq həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.